Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, “Finneco I” adlanan yeni gəmi sözügedən şirkətin sifariş etdiyi üç gəmidən birincisidir.
Cari ilin sonunda istismara veriləcək gəmi Biskay körfəzi – Şimal dənizi – Baltik dənizi marşrutu üzrə hərəkət edəcək. Yeni üzən vasitənin uzunluğu 238, eni 34 metr, dedveyti 17.4 min tondur.
Eyni seriyadan olan digər iki gəmi isə 2022-ci ildə təhvil veriləcək.
Məlumata görə, şirkətin sifariş etdiyi gəmilərin ümumi dəyəri 500 milyon avroya bərabərdir.
Müstəqil.Az