Roma Papası Fransisk Cənubi Qafqazdakı vəziyyətdən danışıb.
“Qafqazinfo” “Sputnik Armenia” ya istinadən xəbər verir ki, o, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi haqqında da fikirlərini bildirib.
O qeyd edib ki, Cənubi Qafqaz haqqında düşünür və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə çatmaq üçün vacib addımlardan biri atəşin dayanması ilə bağlı əldə olunmuş razılaşmalara (10 noyabr 2020-ci il üçtərəfli bəyanatı nəzərdə tutulur) hörmət etməkdir.