Roma Papası Putin və Zelenskiyə müraciət etdi

Roma Papası Fransisk Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskiyə müraciət edərək, münaqişəni dayandırmağa çağırıb.

Bunu bazar günü pontifik ənənəvi xütbə zamanı deyib.

“Mənim çağırışım Rusiya Prezidentinə yönəlib. Mən ondan xahiş edirəm, o cümlədən öz xalqına məhəbbət səbəbindən bu zorakılıq və ölüm burulğanını dayandırsın. Mən Ukrayna Prezidentini açıq olmağa çağırıram. Mən beynəlxalq ictimaiyyətin bütün digər nümayəndələrini müharibəni təhlükəli eskalasiya olmadan bitirmək üçün əllərindən gələni etməyə səsləyirəm”, – deyə Frensis bildirib.

Mənbə: TASS

Share: