Ukrayna Yunan Katolik Kilsəsinin rəhbəri Svyatoslav Şevçuk Roma Papası Fransiskə mart ayında Kiyev vilayətindəki məbədin fasadını dağıdan minanın bir parçasını hədiyyə edib.
Papa Fransisk ukraynalı din xadimi ilə söhbəti zamanı səbirli Ukrayna xalqına yaxın olduğunu bildirib və dua,eləcə konkret işlərlə onların yanında olduğuna əmin edib.
Xatırladaq ki, bugünlərdə Roma Papası Fransisk işğalçıların Ukraynadakı qəddarlığının onu heyrətə gətirdiyini və bu xüsusiyyətin rus xalqına xas olmadığını deyib. Ukrayna tərəfi pontifikin bəyanatına kəskin reaksiya verib.
Mənbə: rbc.ua