“Roma”nın ulduz futbolçusu Castin Klüyvertin İngiltərə Premyer Liqasına transferi ləğv edilib. İngiltərə Federasiyası futbolçuya iş vizası verməyib.
İtaliya A Seriyasının komandalarından olan “Roma”dan ayrılmaq üçün günləri sayan niderlandlı futbolçu Castin Klüyvert böyük şok keçirib. “Fulhem”ə transfer olmaq üçün anlaşan Klüyvert İngiltərə Futbol Federasiyası ilə problem yaşayıb.
Sərt qaydalar tətbiq edən İngiltərədə xaricdən transfer olunan futbolçular üçün müəyyən kriteriyalar yerinə yetirilməlidir. Klüyvertə iş vizasının verilməməsinə səbəb kimi də son vaxtlar “Roma” və Niderland milli komandasında “kifayət qədər” forma geyinmədiyi göstərilib.
Uzun müddət davam edən transfer danışıqları nəticəsində “Fulhem”lə 10 milyon funt-sterlinq dəyərində müqavilə imzalayan “Roma” klubu çətin vəziyyətdə qalıb.
“Barselona”nın və Niderlandın əfsanəvi hücumçusu Patrik Klüyvertin oğlu olan Castin Klüyvert 2018-ci ildə “Ayaks”dan “Roma”ya transfer olub. Dörd ildə İtaliya yığmasında cəmi 68 oyun keçirib.
Son iki mövsümdə əvvəlcə “RB Leypsiq”, daha sonra isə “Nitsa”ya icarəyə verilən 23 yaşlı cinah oyunçusu ötən mövsüm Fransada keçirdiyi 27 oyunda doqquz qol vurub.
Mənbə: Haber Global