“Roma” futbol klubunun müdafiəçisi Kris Smollinq ötən gecə xoşagəlməz halla qarşılaşıb.
Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Məlumata əsasən, gecə saatlarında silahlı soyğunçular futbolçunun yaşadığı evə daxil olaraq, onun üzərinə silah çəkib və evdəki seyfi açmağa məcbur ediblər. Bu zaman futbolçunun ailəsi də evdə olub.
Cinayətkarlar seyfdə saxlanılan zinət əşyalarını və bahalı “Rolex” saatı aparıblar.
Saat 05:00 radələrində futbolçunun xanımı polisə zəng vuraraq hadisə barədə xəbər verib.
Hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır.