“Romeo” və “Cülyetta”nın iddiası rədd edildi

“Romeo” və “Cülyetta”nın iddiası rədd edildi

1968-ci ildə “Romeo və Cülyetta” filmində rol almış Oliviya Hussi və Leonard Uaytinq dekabrda 18 yaşdan kiçik ikən çəkilmiş çılpaq səhnəyə görə Paramount-u məhkəməyə vermişdilər.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, filmdə azyaşlıların iştirak etdiyi çılpaq səhnəyə görə Paramount Pictures-a qarşı qaldırılan iddia hakim tərəfindən rədd edilib.

Hakim iddiaçıların çəkildiyi səhnələrin qanunla kifayət qədər seksual xarakterli hesab edilmədiyini bildirib.

Şikayətdə iddia edilirdi ki, rejissor Franko Zeffirelli və studiya yeniyetmə aktyorları səhnəni çəkməyə məcbur edib və film çəkilən zaman onlar 16 və 15 yaşlarında olublar. Filmin rejissoru ekran işində çılpaq səhnələrin olmayacağına dair onlara söz versə də, bu baş verməyib və sözügedən səhnələr çəkilib. Nəticədə Oliviya və Leonard həmin səhnələrdən sonra sarsılıb və bu, gələcək karyeralarına da mənfi təsir göstərib. Bu səbəbdən aktyorlar şirkətdən 500 milyon dollar təzminat tələb ediblər.

Aktyorların vəkili Solomon Gresen, hakimin qərarını qətiyyətlə pisləyib və ‘Romeo və Cülyetta”nın 2023-cü ildə yenidən buraxılması ilə bağlı yeni iddia qaldıracağını söyləyib.

Qeyd edək ki, filmin rejissoru Franko Zeffirelli uzun sürən xəstəlikdən sonra 2019-cu ildə 96 yaşında vəfat edib.

Romeo & Juliet' stars' lawsuit over 1968 film's teen nude scene tossed |  The Independent

Share: