Rejissor Federiko Alvaresin “Alien” franşizasından olan növbəti filmin çəkilişləri başa çatıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “Alien: Romulus” adlı doqquzuncu hissəsinin çəkilişləri tamamlanıb.
Çəkilişlər martın əvvəlində başlayıb.
Layihədə Caylee Spaeny, Isabela Merced və David Jonsson Frey rol alıb.
Filmin nümayişi 2024-cü il avqustun 16-na planlaşdırılıb.