Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo 2023-cü ilin ən çox qazanan idmançısı kimi Ginnesin “Rekordlar” Kitabına düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Forbes”in məlumatına görə, son 1 ildə futbolçu 136 milyon dollar qazanıb.
Ötən il isə bu rekord nəticə argentinalı hücumçu Lionel Messiyə məxsus idi. Onun gəliri isə 130 milyon dollar idi.