Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun transfer dəyəri ucuzlaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Transfermarkt” portalı məlumat yayıb.
Portalın məlumatına görə, forvardın bazar dəyəri dörddə bir azalıb – 20-dən 15 milyon avroya. Eyni zamanda, portuqaliyalı bu göstəricidə Səudiyyə Ərəbistanı Pro Liqasının ilk üçlüyündə qalır. Ronaldo ilə birinci yeri onun komanda yoldaşı, 29 yaşlı yarımmüdafiəçi Taliska (15 milyon avro) bölüşür. Üçüncü sırada “Əl-Nasr”ın digər futbolçusu, 27 yaşlı müdafiəçi Qislen Konan (səkkiz milyon avro) qərarlaşıb.