Ronaldunun sevgilisi ayrılıq iddiaları barədə münasibət bildirib

Ronaldunun sevgilisi ayrılıq iddiaları barədə münasibət bildirib

Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriqes ulduz futbolçu ilə ayrılacaqları ilə bağlı iddialara münasibət bildirib.

O, özünün “Instagram” hesabının hekayə bölümündə məlumatları təkzib edib:

“Paxıl insanlar şayiə yayır, dedi-qodu edir və axmaqlar da inanırlar”, – Corcina yazıb.

Xatırladaq ki, C.Rodriqesin çox pul xərcləməsinə görə Ronaldunun onunla ayrılmaq istədiyinə dair xəbərlər yayılıb.

Mənbə: Goal.com

Share: