Sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərov barəsində seçilmiş həbs qətimkan tədbirindən apelyasiya şikayəti verilib.
Müstəqil.Az-ın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən şikayət təmin edilməyib.
Xatırladaq ki, general-leytenant Rövşən Əkbərov 16 martda həbs olunub. onun həbsini Baş Prokurorluq məlumat yaymışdı.
Qeyd edək ki, Rövşən Əkbərov 777 saylı briqadanın komandiri olub, 1995-ci ildə çevrilişin qarşısının alınmasında iştirak edib və daha sonra ordu korpusunun komandiri olub. R. Əkbərov İkinci Qarabağ müharibəsinin ilk günlərində Azərbaycan Müdafiə Nazirliyindən istefaya göndərilib.
Müstəqil.Az