SOCAR-ın Prezidenti Rövşən Nəcəf Gənc İstedadlar Proqramına (GİP) seçilmiş gənclərlə görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, tələbələr öncə SOCAR-da Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olublar.
Daha sonra GİP-də iştirak edən tələbələrlə SOCAR-ın Prezidenti Rövşən Nəcəfin görüşü keçirilib.
GİP-in iştirakçılarını təbrik edən Rövşən Nəcəf şirkətin korporativ hədəflərinə çatmasında istedadlı gənclərin rolundan və əhəmiyyətindən bəhs edib.
Proqramın bundan öncəki qaliblərinin nailiyyətləri ilə bağlı çıxışlarından sonra, görüş müzakirələr formatında davam etdirilib.