Rüfət Həsənov vəzifəsindən azad olunması üçün ərizə yazdı

Rüfət Həsənov vəzifəsindən azad olunması üçün ərizə yazdı

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov tutduğu vəzifədən azad olunması üçün ərizə ilə mədəniyyət naziri Adil Kərimliyə müraciət edib.

Kulis.a APA-ya istinadən xəbər verir ki, bununla bağlı hələ ki müvafiq göstəriş verilməyib.

Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq Rüfət Həsənovun ərizə yazması təsdiq olunub: “Lakin hələ ki ərizəyə baxılmayıb”.

Share: