Qarabağ Azərbaycandır.
Düşünürəm ki,yalnız insanların deyil,bütün maddi və mənəvi varlıqların da bəxti,taleyi,alın yazısı olur.Məsələn,ərazinin,musiqinin,dinin,düşüncənin,fəlsəfənin,sözün,kəlamın…Vaxtındas və yerində deyilmiş söz,kəlam elə böyük təsir gücü, işlənmə dairəsi və tezliyi qazanır ki, heyrətlənməyə bilmirsən.Məsələn,Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday”Beynəlxalq Diskusiya Klubunun XVI illik iclasının plenar sessiyasında “Qarabağ tarixi,əzəli Azərbaycan torpağıdır.Beləliklə,Qarabağ Azərbaycandır və nida işarəsi”kəlamı necə böyük işlənmə tezliyi qazanıb.(Əksinə, ermənistan baş naziri nikol paşinyanın dediyi”Qarabağ ermənistandır və nöqtə” sayıqlaması elə ilk işləndiyi məkandaca unudulub getdi.Çünki onun heç bir əsaslandırma faktoru yox idi).Prezidentimizin Soçidən boy götürən məşhur kəlamı isə bu gün az qala bütün dünya dillərində eyni anlam və qətiyyətlə səslənməkdədir.
Bəli,Qarabağ Azərbaycandır!!! Niyə?
Birincisi,erməbi vandalları,goreşənləri nə qədər bu ərazidəki tarixi abidələrimizi,Azərbaycan tarixinin maddi sübutlarını dağıtmağa,uçurmağa ,yer üzündən silməyə və bu ərazilərin azərbaycanlıların olmamasını sübuta çalışsalar da,buna nail ola bilmirlər.Axı bu torpaqlar qat-qatdır vəhər qatda daha dərin tariximiz saxlıdır.Tarixin üz qabığını qaşıyan soysuzlar anlamırlar ki,”hər məzarından yeddi Məhəmmədin hay verdiyi”bu dünyanın Qarabağının bağrında daha dərin tarix yatır və o tarix də qədim oğuz türklərinə-azərbaycanlılara aiddir.Dövlətşilik tarixi minilliklərlə olçülən bu millətin qədimliyinin sübutu dünyanın müxtəlif muzeylərinə daşınmış,oralarda mənsub olduğu millətin şəxsiyyət vəsiqəsi kimi öz qanuniliyini qoruyub saxlayır.
İkincisi,bu ərazilərdən didərgin salınan,dünyanın müxtəlif ərazilərinə köçüb oralarda məskunlaşan insanların eyni məişətə, mədəniyyətə həyat tərzinə malik olmaları bir daha sübut edir ki, cidanı çuvalda gizlətmək olmaz, eyniliklər bir kökdən qaynaqlanmasa, bu qədər oxşar,bənzər ola bilməz.Və bu hər bir sahəni əhatə edən yüksək mədəniyyət birdən-birə formalaşmayıb.Bu uzun illərin,minilliklərin məhsuludur.
Üçüncüsü.Ədəbiyyatı həyatı obrazlı şəkildə əks etdirən söz sənəti,güzgü adlandıranlar Azərbaycan ədəbiyyatının sehirli güzgüsündə Qarabağ əksinin,inkasının danılmaz izlərini görür və Qarabağın Azərbaycan olduğunu inkar edə bilmirlər:
Mən aşiqəm Qarabağ,
Qara salxım,qara bağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Və ya:
Vətən bağı al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Yaxud özünə əbədi heykəl qoymuş məşhur “Qarabağnamələr”. Bəlkə UNESCO-nun maddi-mədəniyyət abidələri siyahsına düşmüş muğamlar?
Bəlkə hələ XII əsrdə Nizaminin dünyalarca məşhur “Xəmsə” sindən boy verən Bərdə?
Onlardan daha qədim dövrləri əks etdirən “ Kitabi-Dədə Qorqud” dastanlarındakı yer adlarını deyək? Hələ dünya tarix kitablarının ən qədim səhifəsinə düşmüş şahidlərimizi demirəm.
Azıx mağarası, Qobustan qayaları,Atəşgah…
Qarabağa iddia olan mənfurlar bu faktlara nəsə deyə bilərlərmi?
Paşiniyanın tarixi arqumenti kimi göstərdiyi stepan şaumyan (XX əsr) oyana tarixləri varmı? XIX əsrdə Qafqaza xüsusi məqsədlərlə köçürülən bu soysuz vandalların bu torpaqlara işləməz.Çünki Qarabağ Azərbaycandır!
Qarabağın Azərbaycan olmasını sübut edən dəlillər həm də ruhumuzun qidasıdır il olmasına
.Qarabağın işğalının 30 il,digər Azərbaycan torpaqlarının işğalının isə az qala 300 il olmasına baxmayaraq unutmadıq.Ruhumuzun dərin qatlarında saxlanan Vətən sevgisi nəsildən-nəslə,sələfdən xələfə ötürülərək zamanımızın hər nöqtəsində duruş tapır.Elə bu səbəbdəndir ki,məqamı çatdıqca bu sevgi mübarizə əzminədönüşür,qəhrəmanlıq səhifələrinə çevirilir.
70 il sosialist müstəmləkəsində sıxılan xalqımız 30 il əvvəl müstəqilliyini qazandı və əvəzində ərazisinin 20%-ni itirdi.Bu 30 il 70 illik,bəlkə də 300 illik boşliuqları doldurmağa sərf olundu.İqtisadi və siyasi trazlıq bərpa olundu,ordu quruldu və 44 gün ərzində Qarabağın azad olunması planı həyata keçirildi.Düşmənin rus sovet ordusuna arxalanaraq,onun müəyyən hissələrinin birbaşa dəstəyi ilə beş il müddətinə tədricən Azərbaycandan qopardığı Qarabağı Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz 44 günə geri qaytardı. 30 il xarici və daxili düşmənlərin hücumlarına məruz qalsa da,qüdrətli bir dövlət və onun ordusunu quran prezident,ölümcül yaralansa belə qalxıb düşmən üzərinə gedən ,onu yalın əllə boğub öldürən əsgər və zabitlərin və həm Ali Baş Komandana,həm də gid balalarına güvənən,onlara dəstək olan xalqın ittifaqı Qarabağı yenidən bizə qaytardı.Ali Baş Komandan Qarabağ məsələsində yanlış mövqe tutan dünya siyasətçilərinə necə meydan oxuyursa,cəbhədəki döyüşçülər də əks cəbhədəki düşmənlərlərə eləcə divan tuturdu.
Ruhumuzdakı Vətən sevgisi “Vur,komandir,vur!-deyirdi.”Qarabağ Azərbaycandır və nida işarəsi”
Xatirə Rəhimbəyli
Müstəqil.AZ