Rus diplomatlar bu ölkədən çıxarıldı

Rus diplomatlar bu ölkədən çıxarıldı

Monteneqro hökuməti cümə axşamı Rusiya səfirliyinin altı diplomatını persona non-qrata elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. 

“XİN Rusiya səfirliyinin Monteneqroda akkreditə olunmuş 6 diplomatını iki ölkə arasında Diplomatik Münasibətlər və Qarşılıqlı Hörmət haqqında Vyana Konvensiyasına zidd hərəkətlərə görə persona non-qrata elan edir”, – Monteneqro Xarici İşlər Nazirliyinin Tviter səhifəsində deyilir.

Qeyd edək ki, Monteneqro artıq bu ilin mart, aprel və avqust aylarında rus diplomatlarını ölkədən çıxarıb.

 


Share: