Şəkidə yol qəzası baş verib.
Kulis.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimovun APA-ya verdiyi məlumata görə, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobusun sürücüsü bu gün səhər saat 10 radələrində Şəki şəhəri B.Vahabzadə küçəsində manevretmə qaydasını pozduğu üçün avtonəqliyyat vasitəsi ağaca dəyib. Nəticədə avtobusun 2 yan şüşəsi sınıb.
Qeyd edilib ki, hadisə baş verən zaman avtobusda sərnişin olmayıb və sürücü də xəsarət almayıb.