Britaniya kəşfiyyatı o qədər güclü işləyir ki, Rusiya ordusu Ukraynada məcbur olaraq tez-tez mövqelərini dəyişməli olur. Bu isə indiki şərautdə bizə çox çətin başa gəlir.
Müstəqil.Az xəbər verir ki, bu fikirləri “Rossiya” kanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efirində Rusiya ordusunun generalı Andrey Kartopolov deyib.
“Rusiya ordusunun müharibə bölgəsində olan hərəkətləri tam olaraq Britaniya kəşfiyyatı tərəfindən öyrənilir. Bütün yığılan informasiya (atəş nöqtələrinin yerdəyişməsi barəsində – red.) 10 dəqiqə ərzində Ukrayna Silahlı Qüvvələrinin komandanlığına göndərilir. Yəni ki, 10 dəqiqə ərzində Ukrayna ordusu bizim hərbi strateji nöqtələrimizin dislokasiya yerlərini öyrənir. Bizə güclü əks-kəşfiyyat lazımdır. Biz onlarla bacarmırıq”, – deyə rus general qeyd edib.
Əli Məmmədov