Rusiya prezidenti Vladimir Putin qida problemi olan ölkələrə yardım edəcəklərini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Putin bunu videokonfrans vasitəsilə Rusiyanın kənd təsərrüfatı sektoru ilə bağlı rəsmilərlə görüşü zamanı deyib.
O bildirib ki, ərzaq böhranının yaranmasında qərb günahkar mövqedədir:
“Bəzi qərb ölkələrinin avantürist və qeyri-peşəkar siyasətləri nəticəsində qida çatışmazlığı yaşayan ölkələrə kömək edir və buna davam edəcəyik”.