“Rusiya 2026-cı ildə NATO-ya hücum edə bilər”

“Rusiya 2026-cı ildə NATO-ya hücum edə bilər”

“Rusiya 2026-cı ildə NATO-ya hücum edə bilər”

Rusiya 2026-2027-ci illərdə NATO-ya hücum edə bilər.

xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda CNBC telekanalına müsahibəsində bildirib.

Polşa Prezidenti NATO ölkələrinin müdafiə xərclərinin artırılması təklifini irəli sürüb.

“Mənim fikrimcə bu, sağlam düşüncə məsələsidir. Yeni hesabatlar ortaya çıxır. Bu yaxınlarda alman ekspertlərinin hesabatında gördüm ki, 2026 və 2027-ci illərin əvvəllərində Putin iqtisadiyyatı daha çox hərbiyə yönləndirəcək. Elə bir hərbi potensiala sahib olacaq ki, NATO-ya hücum edə bilər”, – deyə o bildirib.

Polşa lideri bildirib ki, NATO ölkələri bu iki-üç il ərzində səyləri artırıb sursat toplanılmalıdır.

O, həmçinin ABŞ-ni Ukraynanı dəstəkləməyə davam etməyə çağırıb.

“Rusiyanın bu təcavüzü nəyin bahasına olursa-olsun dayandırılmalıdır. Nəzarət edilməzsə, bu genişlənəcək. Qorxuram ki, ABŞ-nin maliyyə gücü Rusiyanı dayandırmaq üçün kifayət etməyəcək. Əgər Amerika qoşunları müharibəyə müdaxilə edərsə, bunun sonu pis nəticələnəcək”, – Duda bildirib.

Son həftələr ərzində Rusiyanın yaxın gələcəkdə təcavüz riski barədə NATO-nun bir sıra ölkələri xəbərdarlıq edir. Almaniyanın müdafiə naziri Boris Pistorius yanvar ayında bildirib ki, alyans 5-8 il ərzində Rusiyanın hücumuna hazırlaşmalıdır.

Share: