“Rusiya ABŞ-ın 10 diplomatına ölkəni tərk etməyi təklif edib”.
Müstəqil.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz 10 diplomatın adının göndərilənlər siyahısına salınmasına güzgü effekti ilə cavab veririk. ABŞ-ın da 10 diplomatına ölkəni tərk etmələrini təklif edirik”, – deyə Lavrov qeyd edib.
Xatırladaq ki, aprelin 15-də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rəsmi Vaşinqton Rusiyanın 10 diplomatını geri göndərəcəyini açıqlayıb.
Müstəqil.Az