Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların iki bazasını məhv edib.
xəbər verir ki, bu barədə “Russia Today” agentliyi məlumat yayıb.
“Rusiya Aerokosmik Qüvvələrinin İdlib vilayətinin Basankul və Aşhani-Tahtani yaşayış məntəqələri ərazilərinə endirdiyi zərbələr nəticəsində Suriya hökumət qüvvələrinin mövqelərinə təxribat xarakterli hücumlarda iştirak edən silahlıların iki bazası məhv edilib”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, silahlılar Suriya ordusunun mövqelərinə gün ərzində bir dəfə zərbə endiriblər.