Rusiya Azərbaycandan gələn 18 ton pomidoru geri qaytardı…

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin Dağıstan üzrə İdarəsi tərəfindən Yaraq-Qazmalar gömrük keçid məntəqəsinin “Cənub Gömrük Texminalı” ASC-də aparılan araşdırma zamanı Azərbaycandan idxal olunan alma və xurmada Kaliforniya qalxanlı yastıcası aşkarlanıb.
Müstəqil.Az xəbər verir ki, bu barədə FED.az “Interfax” agentliyinə istinadən məlumat yayıb. Qeyd olunur ki, Kaliforniya qalxanlı yastıcası ciddi təhlükə yaratmağından məhsulun Rusiyaya idxalına qadağa qoyulmayıb.
Lakin İdarənin əməkdaşları Azərbaycandan 18 ton pomidorun Rusiyaya idxalının qarşısını alıb. Buna səbəb məhsulun müvafiq sənədlərinin saxta olmasıdır. Bu səbəbdən məhsul geri qaytarılıb.
Müstəqil.Az

Share: