Rusiya Baş Hərbi Prokuroru Bakıda – VİDEO

İki ölkənin hərbi prokurorluqları arasında əməkdaşlıq inkişaf edir

Azərbaycan və Rusiya hərbi prokrorluqlarının rəhbərləri arasında əməkdaşlığın hazırkı vəziyəti və birgə fəaliyyətin perspektivləri müzakirə olunub.

Respublika Hərbi prokuroru Xanlar Vəliyev və Rusiyanın Baş prokurorunun müavini, Baş Hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeriy Petrovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin görüşündə bildirilib ki, ölkələr arasında Hərbi Prokurorluq, ədliyyə və məhkəmə orqanları sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Tərəflər bu sahədə əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən səfərlərin əhəmiyyətini vurğulayıblar.

Rusiya Federasiyasının Baş Hərbi prokuroru, Valeriy Petrov həm ikitərəfli, həm də beynəlxalq səviyyədə qarşılıqlı səmərəli fəaliyyət, o cümlədən hüquqi əməkdaşlıq sahəsində mövcud münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra hər iki ölkənin Hərbi prokurorları rəhbərlik etdikləri Hərbi Prokurorluq orqanlarının strukturu, fəaliyyət istiqamətləri, qanunların icra və tətbiqinə nəzarətlə bağlı gördüyü işlər barədə ətraflı məlumat verdilər. Tədbirdə , hər iki dövlətin Hərbi Prokurorluqlarının fəaliyyətlərinin təşkili məsələləri ilə əlaqədar müxtəlif mövzularda çıxışlar edildi, geniş fikir mübadiləsi aparıldı. Səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoydular. Daha sonra Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılaraq, məzarı üzərinə gül dəstələri düzüldülər. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə olunmaqla, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

 

Share: