Rusiya BMT-dən Ukrayna ilə bağlı XAHİŞ ETDİ

Rusiya BMT-dən Ukrayna ilə bağlı XAHİŞ ETDİ

Rusiya dekabrın 9-da geniş qaçaqmalçılıq səbəbindən Ukraynaya Qərb silahlarının tədarükü mövzusunda BMT Təhlükəsizlik Şurasının iclasını çağırır.

Müstəqil.Az  xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

Diplomat qeyd edib ki, Qərbin Ukrayna üçün nəzərdə tutulan silahları getdikcə daha çox quldurların və terrorçuların əlinə keçir. Rusiya nümayəndəsi vurğulayıb ki, Avropa, Afrika və Yaxın Şərqdəki cinayətkarlar artıq Qərb silahlarına yiyələniblər.

Qərbin Ukrayna üçün nəzərdə tutulan silahları getdikcə daha çox nəinki Avropada, hətta Yaxın Şərqdə və Afrikada quldurların və terrorçuların əlinə keçir. Buna görə də biz Hindistan sədrliyindən 9 dekabr cümə günü bununla bağlı ayrıca iclas çağırmağı xahiş edirik ”, – deyə Nebenzya bildirib .

O, əlavə edib ki, bu problem beynəlxalq sülh və təhlükəsizliyə real təhlükə yaradır və buna görə də Təhlükəsizlik Şurasının məqsədyönlü diqqətinə layiqdir.

Müstəqil.Az

Share: