Rusiya bu cür məhv olur!

Rusiya bu cür məhv olur!

Rus jurnalist Valeriya Olyunina “yağlı əlini” ermənilərin başına çəkməyə çalışıb, deyib ki, Qarabağın ermənilər məskunlaşan hissəsində kişi yoxdur, olan-qalan erməni gənc də İkinci Qarabağ savaşında qırılıb, erməni qadınlar dul qalıb. Təklif edib ki, orda xidmət edən rus gənclər dul erməniləri alsın, nəticədə həm rus əsgərlərin Qarabağda 4 ildən sonra qalma imkanı yaransın, həm ruslar Qarabağı “Rusiya kimi” müdafiə etsinlər, həm artıb-törəsinlər, həm də bu, “imperiyanın bərpası istiqamətində” bir addım olsun.

Bu, rus millətçi təfəkkürünün dəhşətli düşüncə tərzidir.

Məsələnin hüquqi-siyasi tərəfini, orda evlənəsi və erməni artığını alası sütül rus gəncin hansı “ölkə”nin vətəndaşı olacağını və yaxud digər məsələləri bir kənara qoyaq.

Bu çağırış, əslində, Rusiyanın süqutunu şərtləndirən fakt olaraq maraqlıdır.

Rusiyada hər il əhali sürətlə azalır, miqrant axını belə Rusiyadakı əhali azalmasının yerini doldura bilmir.

Bu ucu-bucağı görünməyən ölkə – çoxmillətlidir. Ancaq bu çoxmillətli ölkənin aparıcı etnosu olan rusların sayı, ən son statistikaya görə, 80 milyondan da azdır. Yəni hazırda 137 milyonun az qala yarısı qeyri-rusdur.

Bu tendensiya davam edir: Rusiya rəhbərliyi əhali azalmasının qarşısını almaq üçün bütün vasitələrə əl atır, güzəştlər tətbiq edir, yeni doğluan uşaqlar üçün ailələrə ödədiyi vəsaitin həcmini artırmağa çalışır – xeyri yoxdur, azalmanın qarşısı alınmır.

Bir tərəfdən də pandemiya, koronavirus Rusiyada əhali azalmasını sürətləndirən amilə çevrilib – hər gün 1200-ü aşan ölüm sayı ilə.

Niyə ruslar sürətlə azalır? Niyə bu xalq, el dilində desək, artmır?

Rusiyanın tanınmış jurnalistinin bugünkü statusu bu xalqın artıb-çoxalmamasının əsl səbəbini ortaya qoydu: Çünki bu ölkədə insanın dəyəri yoxdur, adamlara sərvət kimi baxılmır; çünki bu ölkədə gənclər “başbilənlərə” siyasi ambisiyalarına qurban verilməsi üçün lazımdır!

Rusiyanın demoqrafik faciə önündə olduğunu düşünməli ziyalılar rus gəncliyini qorumalıdırlar, onların daha erkən ailə qurmasının, yad torpaqlarda imperiya maraqları naminə qırılmamasının, onlara daha gözəl həyat şəraiti yaradılmasının qayğısına qalmalıdırlar.

Qarabağa gələn rus əsgərləri, tibb işçiləri, minatəmizləyənlər, FHN-çilər (üst-üstə sayları 5 minə yaxınlaşıb) rus qadınının ana olma imkanlarına zərbədir; bu ölkənin xarici əməliyyatlara cəlb etdiyi hər bir əsgər ölkənin hazırkı demoqrafik durumunu daha acınacaqlı istiqamətə yönəldir.

Rusiya dünyanın quru ərazisinin az qala 1/8-nə sahibdir: bu ölkənin bu başında gün çıxanda o biri başında gecə olur. Sən nəyin dərdindəsən? Bu boyda torpaqlarda yaşamağa adam tapmırsan, sayın sürətlə azalır, ölkədə ciddi təhlükələr var, daxildə heç də az olmayan millətlərin müstəqillik meyilləri getdikcə artır, olan-olmaz rus gəncliyini də ermənilərə və erməni tipində xalqlara qurban verirsən?

Rus gəncləri Qarabağda niyə ölməlidir? Rus gəncləri erməni fahişələrini, dullarını, “artıq”larinı alıb, niyə erməniləşməli, niyə Qarabağ üçün “Rusiyanı qoruyurmuşcasına” vuruşmalı, yad torpaqda ölməlidir?

Gürcü – düşmən, Cənubi Osetiya və Abxaziyada rus gəncləri zillət çəkirlər; erməni – “müttəfiq”, rus gəncləri bu ölkənin təhlükəsizliyini qoruyur, hətta sərhədlərinə belə rus sərhədçi-gəncləri düzülüb; Belarus – müttəfiq, rus gəncləri bu ölkəni də qorumalıdır, Qarabağda – sülhməramlı, ruslar burada bir ovuc erməni üçün zillət çəkir; Ukraynada da vəziyyəti bilirsiniz, sərhədinə 92 min rus gənci toplanıb…

Hələ bunun 1,4 milyardlıq Çinlə sərhədi var, hələ Yaponiya kimi güclü iqtisadiyyata malik ölkə ilə Kuril mübahisəsi var; hələ Suriya, İraq, Liviyada hərbi-siyasi maraqları qorumaq üçün leqal və qeyri-leqal əsgərləri var; bura Latın Amerikasını, Arktika yarışını əlavə etmədik…

Hər münaqişə ocağında hər gün rus gəncləri həyatlarını itirirlər: ya hücuma məruz qalırlar, ya avtoqəzaya düşürlər, bəzən də intihar edirlər. Siz olan-olmaz gənclərinizi mənasız və mümkünsüz imperiya maraqlarına bu cür qurban verə-verə 2050-ci ilə nə qədər qalacaqsınız?

Rusiya heç vaxt dağılmayacaq, nəhəng nüvə gücüdür, amma bu təfəkkürlə Rusiya mütləq ruslarsız bir dövlətə çevriləcək!

Bir xalqın ziyalısı, jurnalisti, yaradıcı şəxsi rus gənclərini bu cür yad torpaqlar, ambisiyalar, başqa millətlər “yolunda” düşünüb-daşınmadan xərcləyirsə, həm də boşuna xərcləyirsə, bu xalqın aqibəti məlumdur artıq.

Şeyx TEYMUR

Share: