Rusiya bu ölkə ilə viza rejimini ləğv etdi

Rusiyanın xarici işlər naziri Serqey Lavrov və Bruneyin ikinci xarici işlər və ticarət naziri Lim Djok Senq 2 ölkə arasında olan viza rejimini ləğv edən sənəd imzalayıblar.

Müstəqil.Az Publika.az-a istinadən bildirir ki, bu haqda RİA xəbər agentliyi məlumat yayıb.

Rusiya nazirinin fikrincə, bu addım iki ölkə arasında biznesin və ticarət əlaqələrinin inkişafına müsbət təsir edəcək.

Məlumat üçün bildirək ki, iyunda İran hökuməti də Rusiyadan turizm qruplarının səfərləri üçün vizaların ləğvi haqqında qətnamə qəbul etmişdi.

Müstəqil.Az

Share: