Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Adalbi Şxaqoşev ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini Avropa İttifaqı və Şimali Atlantika Alyansına alternativ olaraq Rusiya, Çin və Hindistanın iqtisadi və hərbi ittifaqlarının yaradılması üçün siqnal adlandırıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Şxaqoşev deyib:
“Bu səfər Aİ və NATO-ya alternativ olan iqtisadi və hərbi ittifaqlar yaratmaq barədə düşünmək üçün daha bir ciddi siqnaldır. Çin bu gün ANŞ-ın yandırdığı atəşə yağ tökmədi, amma düşünürəm ki, hazırda küləyin istiqamətini müəyyən edir. Çin düzgün cavab axtarışındadır. Çin müdrikliyi öz işini görəcək”.
Parlamentari hesab edir ki, ABŞ-ın davranışı Çinin suverenliyinə və imicinə xələl gətirir.