“Ən pis tərəfi odur ki, Rusiyada qarışıqlıq olsaydı, Qərb bundan istifadə edəcəkdi. Fikrimcə, Rusiya dağılsa, hamımız dağıntılar altında qalıb öləcəyik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
O, Rusiyanın təhlükəsizlik şirkəti “Vaqner”in ölkə administrasiyasına qarşı üsyanı zamanı Belarus ordusunu müharibəyə hazır vəziyyətə saldığını deyib:
“Rusiyada hadisələr cərəyan edərkən mən Belarus ordusuna döyüşə hazır vəziyyətə keçməyi tapşırdım. Ordu, Silahlı Qüvvələr, polis, xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirildi”.