Faiq BALABƏYLİ
Ermənistan adlanan qondrma bir dövlətin qeyri-ciddi rəhbəri, ölkənin bş nazirinin ATƏTin Minsk qrupunun həmsədrləri olan 3 dövləti, Rusiyanı, Fransanı və ABŞ- qoz qabığı yerinə qoyması məni həm təəcübləndirir, həm də təəssüflənirəm.
Maraqlıdır, maraqlı olduğu qədər də acınacaqlıdır.
Hər kəsə aydındır ki, Ermənistanın baş naziri Paşinyan baza prinsiplərini rədd edir, “münaqişənin diplomatik həlli yoxdur” deyirdi. Amma ardınca danışıqların başlanması üçün ABŞ-a yalvarır, kompromislərdən söz açır. Olsun. Azərbaycan bu dəfə də razılığını verir, “Humanitar atəşkəs” əldə olunur və bir neçə dəqiqə keçməmiş erməni vandalları yenidən hücuma keçir.
Erməni baş nazirin beynəlxalq ictimaiyyətə də, həmsədr dövlətlərə də yalan danışması hər kəsə aydındır;
Birinci atəşkəsdə Rusiyanı
İkinci atəşkəsdə Fransanı
Üçüncü atəşkəsdə ABŞ-ı aldadaraq kələk gəlməsi, göz önündədir.
Bununla da belə bir qənaətə gəlinir ki, belə şəxsiyyətini müəyyənləşdirə bilmədiyimiz avaranın və belə mövqe sərgiləyən işğalçı ilə heç bir sülhdən danışmaq, hətta humanitar xarakter daşıyan atəşkəsə belə nail olmaq mümkün deyil. Bunu biz görürük, bunu başqaları da görür. Bəs yuxarıda adlarını çəkdiyimiz, erməni təəssübkeşi olanlar görmür? Görürlərsə, niyə özlərində qürur, kişilik tapıb, adə, Nikol, ayağını yığ altına, otur yerində demirlər? Demirlərsə, demək onlar özləri aldanmaqda ya maraqlıdırlar, bilərəkdən buna belə etdirirlər, ya da həqiqətən görmürlər, kor və kardılar. Hərçəndi ikinci ağlabatan deyil. Bu dövlətlər bu xarakterləri və siyasətləri ilə nəinki dünyada söz sahibi olduqlarını sübutlayır, əksinə bir dəstə i.ğalşı ermənim əlində oyun-oyuncaq olduqlarını özləri dünya ictimaiyyətinin nəzərinə çatdırırlar.
Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Bütün dünya Ermənistanın Rusiyanın, Fransanın, ABŞ-ın maddi və mənəvi dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etdiklərinin fərqindədir.
Bütün dünya, gözlərini geniş açmadan belə görür ki, adı çəkilən dövlətlər bir ovuc canlı olan ermənilərin əlində oyun-oyuncaqdır.
Bir neçə dəfə demişdim, yazmışdım ki, insanlıq ən önəmi bir məsələdir. Erməni riyakarlığına göz yumub, onlara haqq qazandıranlar bir mənalı olaraq insanlıqdan, kişilikdən uzaqdırlar.
Bu hər kəsə məlumdur ki, əllərində bir ovuc turp dəstəsi olan murdar ermənilərin, kobud desək, arxalarının işi deyil ki Rusiyaya, Fransaya, ABŞ-a buyniuz çıxarsın, onları vasitəçi kimi ortaya gətirsinlər və sonda da adam yerinə qoymasınlar. Demək bu, adları çəkilən dövlətlərin xarici siyasətlərinin tərkib hissəsidir. Təəssüf edirəm.