Rusiya-Gürcüstan sərhədini avtomobillə keçmək azı 5 gün çəkir

Şimali Osetiyada Rusiya və Gürcüstan sərhəd-keçid məntəqəsindən keçmək istəyənlər beş gündür gözləyirlər.

“Verxniy Lars” keçid məntəqəsində ucsuz-bucaqsız növbə yaranıb.

Növbə gözləyən insanlar paltarlarını, ayaqqabılarını maşınların kapotunda qurudurlar.

Bundan əlavə, bəzi sürücülər dövlət nömrə nişanlarını çıxararaq avtomobillərini yolun kənarında buraxıblar. Belə avtomobillərin üzərində onların Gürcüstana daşınmasında köməklik təklifləri ilə bağlı elanlar görünür.

Növbədə həmçinin Samara vilayətindən olan sürücülük məktəbinin təlim maşını və üzərində “South African National Park” yazısı olan avtomobil də görünüb.

Mənbə: Gazeta.ru

Share: