Rusiyanın Omsk vilayətində məhbus cəzaçəkmə müəssisəsinin tibb məntəqəsində tibb bacısını girov götürərək zorlayıb.
Qeyd olunur ki, zorlama və qətl törətdiyinə görə 18 il həbs cəzası almış 36 yaşlı Pavel Qubarev nəzarətçiyə xəstə olduğunu deyib və tibb məntəqəsinə yerləşdirilməsini istəyib.
Onun bu müraciəti qəbul edilib və məhbus tibb məntəqəsinə aparılıb.
26 yaşlı tibb bacısı ilə kabinetdə təkbətək qalan P.Qubarev qapını içəridən bağlayıb və qadını kağız kəsənlə hədələyərək zorlayıb.
O daha sonra sakitcə qapını açaraq nəzarətçilərə müqavimət göstərmədən təslim olub.
Hadisə yerinə müstəntiqlər çağırılıblar, ona qarşı zorlama və girov götürmə maddəsi ilə ikinci cinayət işi açılıb.
İndi onun cəzası 25 ilə qədər uzadıla bilər.
Mənbə: Shot