Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Cenevrədə ABŞ nümayəndə heyəti ilə görüşüb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, görüş Rusiyanın START müqaviləsindən çıxması ilə bağlı baş tutub.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin START müqaviləsində iştirakını dayandırdığını elan edib.