İyunun 9-da Cenevrədə Rusiya və BMT arasında “Taxıl sazişi” çərçivəsində memorandum üzrə məsləhətləşmələrin növbəti mərhələsi keçiriləcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Serey Verşinin jurnalistlərə bildirib.
“Biz ayın 9-da Cenevrədə idarələrarası formatda məsləhətləşmələrin növbəti raundu haqqında razılığa gəldik”, – deyə o qeyd edib.
Xarici işlər nazirinin müavini əlavə edib ki, BMT adından məsləhətləşmələrdə Ticarət və İnkişaf Təşkilatının (UNCTAD) baş direktoru Rebekka Qrinspan iştirak edəcək.