“Rusiya ilə olan müqavilə NATO üçün narahatlıq yaratmır”

“Rusiya ilə olan müqavilə NATO üçün narahatlıq yaratmır”

“Biz Rusiya ilə müqavilə bağlamışıq və bu, NATO üçün heç bir problem yaratmır. Çünki NATO ölkələrinin hər biri öz qərarını verərək silahını alır və biz də bu qərarı vermişik”.

Müstəqil.Az  xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bizim S-400 məsələmiz Türkiyə ilə Rusiya arasında çox əhəmiyyətli addımdır. S-400 çox vacib müdafiə sistemidir. Biz S-400-ləri aldığımız andan beynəlxalq ictimaiyyət ciddi şəkildə narahat olub”, – Ərdoğan qeyd edib.

Prezident bildirib ki, ABŞ-ın Türkiyəyə vermədiyi məhsullar var ki, onlardan ən əsası F-35-dir: “F-35 ilə bağlı ABŞ-a 1 milyard 450 milyon dollar ödəmişik. Amma bizə lazım olan F-35-ləri vermədilər. Hələ də dayanıblar”.

Müstəqil.Az

Share: