Rusiya İrəvanın KTMT-də iştirakı ilə bağlı yekun qərarını gözləyir

Rusiya İrəvanın KTMT-də iştirakı ilə bağlı yekun qərarını gözləyir

Rusiya İrəvanın KTMT-də iştirakı ilə bağlı yekun qərarını gözləyir

Rusiya İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı yekun qərarını gözləyir.

xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumunun yekun nəticələrinə dair mətbuat konfransında jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, Ermənistanın KTMT-dəki statusu ilə bağlı qərar verməsinin vədəsi yetişib.

Lavrovun sözlərinə görə, KTMT-nin Ermənistanı Qarabağ münaqişəsinin həllində tək qoyması ilə bağlı bəyanatlar həqiqətə uyğun deyil:

“Təəssüflər olsun ki, İrəvan Rusiya ilə münasibətləri pisləşdirmək siyasəti yürütmək qərarına gəlib. Bu, müttəfiqlik münasibətləri çərçivəsinə sığmır. Ermənistan Rusiya ilə əlaqələri kəsmək üçün İrəvana təkid edən regiondan kənardakı ölkələrə arxalanmaq qərarına gəlib”.

Share: