Rusiya KİV-i Mübariz Mənsimova “atəşi” davam etdirir

Rusiya KİV-i ifşaedici məqalələr seriyası ilə “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun üstünə düşüb. Başqa sözlə, Moskvada müflis olmuş oliqarx M.Mənsimovun fırıldaqları ətrafında qalmaqal qızışır. Rusiya ekspertləri əmindirlər ki, məhz onun fırıldaqlarına görə, Rusiya büdcəsi onlarla milyon dollar itirib.

Müstəqil.Az bildirir ki, “Nezavisimaya qazeta”nın və Rusiya xüsusi xidmət orqanlarına yaxın Compromat.ru nəşrinin ardınca “Moskoskiy komsomolets” (“MK”) də Mübariz Mənsimovun çoxmilyonlu fırıldağı haqda yazıb.

Nəşr 2013-cü ili, türk qrupuna daxil olan “Palmali” MMC-nin (Rostov Don şəhəri) fəaliyyətinin yoxlanılması nəticəsində aşkar edilmiş və kriminal təşkil edən faktları xatırladır. “Kommersant”ın (20.01.16) bildirdiyi kimi, 2016-cı ilin yanvarında Rusiya İstintaq Komitəsinin Nəqliyyatda Cənub İstintaq İdarəsi Federal Vergi Xidmətinin və Rusiya Daxili İşlər Nazirliyinin materiallarına əsasən “Palmali” MMC-nin direktoru Aleksey Mixelev barəsində cinayət işi qaldırıb. O, böyük həcmdə vergi ödənişindən boyun qaçırmaqda şübhəli bilinir.

İstintaq hesab edir ki, “Aleksey Mixelev su nəqliyyatı ilə yüklərin daşınmasından əldə olunan gəlirlərin 2010 və 2011-ci illər üzrə vergi bəyannamələrinə bilərəkdən yanlış məlumatlar daxil edib. Nəticədə şirkət 2010-cu il ərzində büdcəyə 881 milyondan çox, 2011-ci il ərzində isə 401 milyondan çox rubl ödəməyib. Beləliklə, biz çoxillik şübhəli kombinasiyaların ardıcıl və məqsədyönlü sistemini görürük”.

Nəşr müxbirinin ““Palmali” direktoru müstəqil hərəkət edib, yoxsa təsisçilərdən kiminsə icazəsi ilə” sualına Rusiya İstintaq Komitəsinin Nəqliyyatda İstintaq İdarəsinin nümayəndəsi birmənalı cavab verməyib.

“Hərçənd, şirkət sahibi Mübariz Mənsimovun birbaşa tabeçiliyində olan şəxsin hərəkətləri haqda bilməməsi, əlbəttə,inandırıcı görünmür. Xüsusən ki, olduqca böyük məbləğ-1,2 milyarddan çox rubl haqda söhbət gedirsə”, – deyə məqalədə vurğulanır.

Sənədlərə əsasən, 2013-cü ilin sonunda “Palmali” MMC- məxsus olmuş Palmali Gəmi Hizmətləri və Anonim Agentlik Sirkəti (İstanbulda qeydiyyatdan keçib) Rusiya firmasını satmağa qərar verib. Alıcı qismində Maltada qeydiyyatdan keçmiş Palmali Holding Co ltd şirkəti çıxış edib. Maraqlıdır ki, həm o, həm də bu şirkətin son sahibi həmin Mübariz Mənsimovdur.

Qəzet yazır ki, bu vergi fırıldaqları nəticəsində Rusiya büdcəsi 40 milyondan çox dollar itirib.

Müstəqil.Az

 

Share: