Rusiya Kiyevdəki ticarət mərkəzini belə bombalayıb

Rusiya Kiyevdəki ticarət mərkəzini belə bombalayıb

Ötən gün, martın 20-də Rusiya ordusu Kiyevin Podolski rayonuna raket zərbəsi endirib. Son məlumatlara görə, zərbələr nəticəsində 8 nəfər həlak olub.

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, Rusiyanın silahlı qüvvələri Ukrayna paytaxtının Podolski rayonuna raket zərbələri endirməklə beynəlxalq hüquqla qadağan olunmuş döyüş vasitələrindən istifadə edib. Zərbələr nəticəsində yanğın baş verib və ticarət mərkəzi yanıb. Yaxınlıqdakı yaşayış binalarının şüşələri və yaxınlıqda dayanmış avtomobillər zədələnmişdir.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən verilən məlumata görə, atəş nəticəsində ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.

Müstəqil.Az

Share: