Rusiya Kiyevin mərkəzinə desant atıb Zelenskini aradan götürə bilər

Rusiya Kiyevin mərkəzinə desant atıb Zelenskini aradan götürə bilər

Rusiya Ukraynanın bir hissəsini tutmağa və bütün ölkə boyu iğtişaşlar törətməyə cəhd edir.

Bu barədə Ukrayna prezidentinin Ofisi bildirir.

Ukrayna prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, Rusiya Kiyevin hökumət binaları kvartalına desant endirə bilər. Onun sözlərinə görə, Ukraynaya hücumun iki məqsədi var.

“Nöqtəvi desant endirilməsi mümkündür. Hazırda Kiyev vilayətinin Qostomel şəhərində güclü döyüşlər gedir və Kiyevin hökumət kvartalına sızma mümkündür. Məqsədlərdən biri ölkənin ali rəhbərliyini aradan götürməkdir”, – Podolyak bildirib.

 

“İki taktiki hədəf var. Birincisi-ölkənin şərqində əraziləri-Sumı, Xarkov və digər əraziləri götürmək. İkincisi-Ukrayna rəhbərliyinə maksimal güclü zərbə vurmaq və bununla da ölkədə iğtişaşlar başlatmaq, xaos yaratmaq. Bunlar əsas vəzifələrdir və başa düşdüyümüz qədər hazırda Rusiyanın hərbi əməliyyatlarının planı bundan ibarətdir. Sumıda, Xarkov ətrafında, Ukraynanın cənubunda-Herson və Odessa vilayətlərində şiddətli döyüşlər gedir. Rusların taktikası Ukraynanı hissələrə bölməkdir. Ona görə də bu cür iri kalonlarla daxil olurlar. Ukrayna silahlı qüvvələri orada kifayət qədər effektiv döyüşür və rusları ciddi itkilərə məruz qoyur. Vertolyotların, gəmilərin və desantın həmlələrinə gəldikdə isə biz bəzi iri şəhərlərdə, o cümlədən Kiyev və Xarkovda vəziyyəti destablizə etmək cəhdlərini müşahidə edirik”, – o əlavə edib.

 

Müstəqil.Az

Share: