“Roskosmos” Rusiya missiyasının Aya buraxılmasını təxirə salıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə korporasiyanın mətbuat xidməti teleqramda məlumat yayıb.
Bildirilib ki, yaxın tarixdə ilk eniş iyulun 13-dən avqusta kimi təxirə salınıb.
“Missiyanı həyata keçirmək üçün korreksiyaların aparılması və səthə enmə mərhələlərində yerüstü idarəetmə vasitələrinin stabil işləməsini təmin edəcək əlavə tədbirlər həyata keçirmək lazımdır. “Luna-25”in 2023-cü ilin avqustunda buraxılması məqsədəuyğun hesab edilib”, – deyə “Roskosmos”un bəyanatında bildirilib.