“Rusiya müharibə apardıqca Ukraynaya kömək etməyə davam edəcəyik”

“Rusiya müharibə apardıqca Ukraynaya kömək etməyə davam edəcəyik”

Niderland 2023-cü il büdcəsindən Ukraynaya hərbi və humanitar yardım üçün 2,5 milyard avro ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Niderland hökuməti açıqlama yayıb.

Bəyanatda qeyd olunub ki, bu məbləğ ilk növbədə hərbi texnikanın təminatı, dağıdılmış şəhərlərin bərpası, infrastruktur və üst tikililərin təmiri, törədilmiş cinayətlərin araşdırılması üçün istifadə olunacaq.

Baş nazir Mark Rutte tviter hesabında “Rusiya mübarizə apardıqca Niderland Ukraynaya kömək etməyə davam edəcək. Biz 2023-cü ildə hərbi, humanitar və diplomatik yardım üçün 2,5 milyard avro ayırmışıq. Bunu telefon danışığında Zelenskiyə çatdırdım”,- qeyd edib.


Share: