“Rusiya nüvə müharibəsində qalib gələ bilməyəcək”

“Rusiya nüvə müharibəsində qalib gələ bilməyəcək”

“NATO Rusiya tərəfi ilə təmasdadır və onun fəaliyyətlərini diqqətlə izləyirik”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. 

“Biz hələ ki, Rusiyanın nüvə strategiyasında və onun qüvvələrinin hazırlığında hər hansı dəyişiklik müşahidə etməmişik. Lakin vəziyyəti diqqətlə izləməyə davam edirik və ayıq-sayıqlığımızı saxlayırıq”, – deyə Stoltenberq bildirib. 

Baş katib, həmçinin qeyd edib ki, Rusiya nüvə müharibəsində qalib gələ bilməyəcək və Moskva tərəfindən nüvə silahından istifadə olunması onun üçün görünməmiş nəticələrə gətirib çıxaracaq.

 


Share: