“Rusiya nüvə münaqişəsində qalib gələ bilməz”.
“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq “Reuters Next” forumunda çıxışı zamanı deyib.
Stoltenberqin sözlərinə görə, Rusiyanın nüvə silahından istifadə etməsi onun üçün “görünməmiş nəticələrə” gətirib çıxaracaq.
NATO katibi qeyd edib ki, Moskva ilə əlaqə saxlayır və onun hərəkətlərinə nəzarət edir.
“Hələ ki, biz Rusiyanın nüvə strategiyasında və onun qüvvələrinin hazırlığında heç bir dəyişiklik müşahidə etməmişik”, – o vurğualyıb.