Rusiya onu “istənilməyən şəxs” elan etdi

Rusiya onu “istənilməyən şəxs” elan etdi

Rusiya Xarici İşlər Nazirliyi Litvanın Moskvadakı səfirliyində çalışan diplomatı “istənilməyən şəxs” elan edib.

Müstəqil.Az  xəbər verir ki, buna səbəb Litvanın dekabrın 1-də Rusiya diplomatını “istənilməyən şəxs” siyahısına əlavə etməsidir.

Həmin qərara uyğun olaraq Litvanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Yurqita Cibulskienen nazirliyə çağırılıb.

Bəyanatda səfirə etiraz notası verilib. Buna cavab olaraq Litva səfirliyindəki diplomatlardan biri “qara siyahı”ya daxil edilib.

Həmin diplomat 5 gün ərzində Rusiya Federasiyasını tərk etməlidir.

Müstəqil.Az

Share: