Rusiya Parisdə keçiriləcək Olimpiya Oyunlarını boykot etməyəcək

Rusiya Parisdə keçiriləcək Olimpiya Oyunlarını boykot etməyəcək

Rusiya Parisdə keçiriləcək Olimpiya Oyunlarını boykot etməyəcək

Rusiya Olimpiya Komitəsi (ROK) Parisdə keçiriləcək Olimpiya Oyunlarını boykot etməyəcək.

-nın Moskva müxbiri xəbər verir ki, bunu ROK rəhbəri Stanislav Pozdnyakov bildirib. Onun sözlərinə görə, bununla belə, ROK rusiyalı idmançılara qarşı qoyulan tələbləri qəbuledilməz hesab edir və çətin ki, Olimpiadada iştirak məsələsini yenidən müzakirə etsin.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) dekabr ayında rusiyalılara ciddi neytrallıq şəraitində Paris Oyunlarında iştirak etməyə icazə verib. Belə ki, olimpiya oyunlarında yalnız beynəlxalq federasiyalar tərəfindən qəbul edilmiş və kvalifikasiya tələblərini yerinə yetirmiş, Ukraynadakı hərbi əməliyyatı dəstəkləməyən, ordu və ya xüsusi xidmət orqanları ilə müqaviləsi olmayan idmançılar çıxış edə biləcəklər.

Rusiya Olimpiya Komitəsi isə tələbləri ayrı-seçkilik hesab edərək, idmançılara BOK-un mövcud tələbləri ilə razılaşmanın Rusiya qanunlarının pozulmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Share: