Rusiya Paşinyanı araşdırır: Putinlə görüş nəyi dəyişəcək?

Bu görüş hələlik heç nəyi həll etməyəcək.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında gözlənilən görüşü şərh edən millət vəkili, politoloq Rasim Musabəyov deyib.

“Ermənistanın bundan sonra yürüdəcəyi siyasi kursla bağlı dəqiq fikir söyləmək çətindir. Paşinyanın Qərb və ya rusiyapərəst olması bir görüşlə müəyyəndiriləşəcək iş deyil. Bu görüş ümumiyyətlə danışıqlar xatirinə keçirilir və adi bir görüşdür. Putin heç Paşinyanı tanımır. Hesab edirəm ki, Rusiyada ilk növbədə Paşinyanın kimliyi, ağlı və qabiliyyəti yoxlanılacaq. O üzdən bu görüşün indidən Ermənistanın siyasi kursu ilə əlaqədar nəyisə həll edəcəyini gözləmək yanlışdır”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə mayın 14-də görüşəcək.

Müstəqil.Az

Share: