İranın Rusiyadan aldığı koronavirusa qarşı “Sputnik V” peyvəndinin yarım milyon dozalıq partiyası paytaxt Tehrana çatdırılıb.
Müstəqil.Az yerli KİV-ə istinadən bildirir ki, peyvəndin ilk partiyasının yükləndiyi “Mahan” aviaşirkətinə məxsus təyyarə bir neçə saat əvvəl “İmam Xomeyni” hava limanına enib.
İran Rusiya istehsalı olan “Sputnik V” vaksinlərindən 2 milyon doza sifariş verib.
İranın Moskvadakı səfiri Kazım Cəlali bildirib ki, koronavirus peyvəndinin ikinci partiyası fevralın 21-də, üçüncü partiya isə martın 1-nə qədər İrana gətiriləcək. Sonra isə Rusiyadan İrana peyvəndin tədarükü həftədə bir dəfə həyata keçiriləcək.
Müstəqil.Az