Rusiya Polşanın bu addımını təxribat adlandırıb

Rusiya Polşanın bu addımını təxribat adlandırıb

“Polşanın Rusiya xarici işlər naziri Sergey Lavrovu ATƏT-in iclasına gəlməsinə icazə verməməsi təxribatdır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin verdiyi bəyanatda qeyd edilib.

Bildirilib ki, Polşa administrasiyasının xarici işlər naziri Sergey Lavrovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakına icazə verməməsi təxribat xarakterli qərardır.

Vurğulanıb ki, görüşdə Rusiya nümayəndə heyətinə ATƏT-in daimi nümayəndəsi Aleksandr Lukaşeviç rəhbərlik edəcək.

Həmçinin, Moskva administrasiyası da Polşanın hərəkətlərinə baxılması üçün ATƏT-in bütün üzv dövlətlərinə sorğu göndərib.


Share: