Rusiya prezidenti və Qətərin əmiri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Bu gün Rusiya prezidenti Vladimir Putin və Qətər əmiri Tamim bin Həməd əl-Tani arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Kremlin yaydığı açıqlamada bildirilir.

Söhbət zamanı Yaxın Şərq, Fars körfəzi bölgəsi və Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

“Vladimir Putin Suriya məsələsi ilə bağlı noyabrın 22-də Soçi şəhərində keçiriləcək Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşünə hazırlıq məsələlərinə dair Qətər əmirini məlumatlandırıb. Tərəflər Rusiya-Qatar əməkdaşlığını müsbət qiymətləndirib, müxtəlif sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün qarşılıqlı marağın mövcud olduğu vurğulanıb “, məlumatda deyilir.

Share: