“Rusiya işğalçıları Qara dənizə dörd suüstü və bir sualtı “Kalibr” daşıyıcısı gətiriblər. Düşmən Ukraynaya 36 qanadlı raketlə hücum edə bilər”.
Bu barədə Ukraynanın “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.
“Qara dənizdəki düşmən gəmi qruplaşması döyüş növbətçiliyində olan dörd yerüstü və bir sualtı “Kalibr” tipli raket daşıyıcısı da daxil olmaqla 16-ya qədər artırılıb”, – deyə bildirilib.
Bundan əlavə, qeyd olunur ki, Qara dənizdə Rusiyanın üç böyük desant gəmisi manevr edir.
Vətəndaşlar hava siqnallarına operativ və düzgün reaksiya verməyə, ayıq-sayıq olmağa çağırılıblar.
Mənbə: RBK-UKRAİNA